Neftçalada silahlı insident: 53 yaşlı kişi güllələndi

0

Sentyabrın 1-də səhər saatlarında Neftçala rayonunun Qaçaqkənd kənd sakini, 1970-ci il təvəllüdlü şəxsin odlu silahdan açılan atəş nəticəsində xəsarət alması barədə Rayon Polis Şöbəsinə məlumat daxil olub.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə cinayət əməlini törətməkdə şübhəli bilinən həmin kənd sakini, 1994-cü il təvəllüdlü Hüseyn Hüseynov müəyyən edilərək saxlanılıb.

Ondan cinayət aləti olan ov tüfəngi götürülüb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Leave A Reply

Your email address will not be published.

Tərcümə »