Azərbaycanın Qarabağa humanitar yardımı Rusiya mətbuatında

0

Azərbaycan Demokratik İslahatların İnkişafı Mərkəzi İctimai Birliyinin sədri, jurnalist Cavid Şahverdiyev Rusiyanın nüfuzlu Politrus.com saytında Azərbaycan Qızıl Aypara Cəmiyyəti tərəfindən Qarabağda yaşayan erməniəsilli şəxslərin ehtiyaclarını qarşılamaq üçün Bakıdan yola salınan humanitar yardımdan bəhs edib.

Müəllif yazıda erməni separatçılarının “humanitar fəlakət”, “Çörək böhranı” şousundan, Azərbaycanın humanitar yardım addımına qarşı aqressiv münasibətdən, həmçinin Fransanın bu oyun iştirakçısına çevrildiyindən yazıb.

QHT sədri qeyd edib ki, Azərbaycan bu addımla Qarabağdakı ermənilərin taleyindən narahat olan dairələrə Ağdam-Xankəndi yolunun olduğunu, Azərbaycan qanunvericiliyinə uyğun şəkildə buradan yardım göndərə biləcəklərini göstərir. “Acından ölən” ermənilər Azərbaycanın yardımını qəbul etməkdən imtina edərlərsə, deməli, Xankəndidə heç bir “humanitar fəkakət” yoxdur.

Fransanın un çuvalında Qarabağa daxil olmaq istəyi isə ürəyində qaldı. Bu oyunda ermənilərə dəstək olan Fransanın “humanitar yardım”dan ibarət 10 TIR-ının geri qaytarılması isə o deməkdir ki, Azərbaycanın iradəsi, razılığı və icazəsi olmadan heç kəsin onun sərhədlərinə daxil olmağa haqqı yoxdur.

Yazının rus dilində tam mətni aşağıdakı linkdə:
https://www.politrus.com/20230830/azerbaycan-armenia-53/

Leave A Reply

Your email address will not be published.

Tərcümə »