Xalqımızın Ulu Öndərə olan sevgi və ehtiramı əbədidir

0

Azərbaycanın dövlət müstəqilliyinin əsası 1990-cı il noyabrın 17-də, Naxçıvan Ali Sovetinin sessiyasında Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə qəbul edilən qərarlarla – müstəqilliyimizin əsas atributlarından olan üçrəngli bayrağımızın Naxçıvan MR-in dövlət bayrağı kimi qəbul edilməsi və Naxçıvan Muxtar Respublikasının adından “sovet” və “sosialist” sözlərinin götürülməsi ilə qoyulub.

Bnu sözləri Modern.az saytına açıqlamasında millət vəkili Azər Kərimli bildirib.

Millət vəkili Naxçıvan Ali Məclisinin sözügedən sessiyasının qərarında Azərbaycan Respublikasının ali qanunverici orqanına Azərbaycanın dövlət rəmzləri haqqında məsələyə baxılması, respublikamızın milli tarixi ənənələrə uyğun olaraq yeni dövlət rəmzlərinin – bayrağın, gerbin, himnin qəbul olunması təklifinin edildiyini də xatırladıb: “Bu, faktiki olaraq, Azərbaycanın dövlət müstəqilliyinin bərpa edilməsinə xudmət edən addım və çağırış idi. Ulu Öndər Azərbaycanın dövlət müstəqilliyinin bərpası üçün tarixi şəraitin yetişdyini görür və Naxçıvan Muxtar Respublikasının ali vəzifəli şəxsi kimi cəsarətli addımları ilə xalqı İstiqalal yoluna qətiyyətlə addımlamağa dəvət edirdi. Naxçıvan Muxtar Respublikasının adından “sovet” və “sosialist” sözlərinin çıxarılması SSRİ-nin süquta uğraması ilə bağlı açıq şəkildə ifadə olunan bir mesaj idi və həmin dövrün reallıqları ilə yaxından tanış olanlar, Ulu Öndərin nə qədər böyük qətiyyət və xarakter sahibi olduğunu çox yaxşı başa düşürlər. Heydər Əliyev hadisələrin inkişaf perspektivini, hər zaman olduğu kimi hər kəsdən öncə müəyyənləşdirməyi bacarır, canından artıq sevdiyi xalqını tarixi proseslərə hazırlayır, bu istiqamətdə ilk addımı atmaqla hər kəsi milli ideya ətrafında birləşməyə dəvət edirdi”. 

Millət vəkili qeyd edib ki, Ulu Öndərin Naxçıvanda fəaliyyət göstərdiyi qısa zaman kəsiyində həyata keçirdiyi demokratik tədbirlərlər bütün Azərbaycana nümunə oldu: “Heydər Əliyev Naxçıvanda Azərbaycanın dövlət müstəqilliyinin mayakı missiyasını həyata keçirirdi və bütün Azərbaycana müstəqilliyin yolunu nişan verirdi. Heydər Əliyevin təklifi ilə Naxçıvan MSSR Ali Sovetinin Naxçıvan Muxtar Respublikası Ali Məclisi adlandırılması, sadəcə redaktə xarakterli düzəliş deyildi. Bu, dünyada Sovet İttifaqı kimi tanınan, siyasi sistemini sovetlər üstündə quran bir ölkənin siyasi strukturunda dəyişiklik edilməsi, SSRİ-nin qanlı irsindən imtina olunması demək idi. Buna qədər isə Ulu Öndər SSRİ-nin ideoloji bünövrəsini təşkil edən Kommunist Partiyasından istefa verməklə, təkcə Azərbaycan xalqının deyil, bütövlükdə SSRİ adlanan ölkənin sərhədləri çərçivəsində yaşayan və siyasi sistemin basqısı altında əzilən bütün xalqlara yeni bir mərhələnin, azadlıq və istiqlal dövrünün başlandığını bəyan edirdi. 1991-ci il avqustun 26-dan Naxçıvan Muxtar Respublikası ərazisində Azərbaycan Kommunist Partiyasının fəaliyyəti dayandırılması, onun bütün strukturları ləğv edilməsi Ulu Öndərin SSRİ-nin mərkəzi hakimiyyət orqanları tərəfindən Azərbaycan xalqına qarşı həyata keçirilən iküzlü və qanlı siyasətinə etirazı, artıq imperiyanın sərhədləri çərçivəsində yaşamağın mümkünsüzlüyünün elan olunması kimi qiymətləndirilməlidir”.

Millət vəkili qeyd edib ki, Heydər Əliyev xalqın tələbi ilə yenidən hakimiyyətə gəldikdən sonra Naxçıvandan başladığı istiqalal yolunu davam etdirməklə yanaşı, ideoli əsaslarını təmin etdiyi müstəqilliyin qorunması, dövlət quruculuğu istiqamətində tarixi addımlar atdı: “Müasir Azərbaycan Ulu Öndərin işıqlı zəkasının, əyilməz iradəsinin və xarakterinin əsəridir. Bizi qalibiyyətə, inkişafa aparan yolun təməlində Heydər Əliyevin strateji baxış bucağı və ideyaları dayanır. Zaman keçdikcə Ulu Öndərin Azərbaycan xalqı və dövlətçiliyi qarşısındakı xidmətləri daha aydın, daha qabarıq görünür. Bu baxımdan, Azərbaycan Respublikasının dövlət müstəqilliyi əbədi və sarsılmaz olduğu kimi Azərbaycan xalqının Ulu Öndərin xatirəsinə olan sevgi və ehtiramı da əbədidir, sarsılmazdır”.

Leave A Reply

Your email address will not be published.

Tərcümə »