Gürcüstanda yanacağın qiyməti yenidən bahalaşdı

0

Son günlər dünya bazarında neftin qiymətinin qalxması fonunda Gürcüstanın əksər yanacaqdoldurma məntəqələrində avtomobil yanacağının (benzin, dizel və qaz) qiymətində artım müşahidə olunur.

Modern.az xəbər verir ki, əksər yanacaqdoldurma məntəqələrində benzinin qiyməti növündən asılı olaraq 30-35 tetri (13-15 sent) artıb.

Hazırda bəzi yanacaqdoldurma məntəqələrində bir litr “nano super” yanacağının qiyməti 3,70 lari (1,42 ABŞ dolları), “Force super” 3,65 lari, “Regular” isə 2,70 lariyə satılır.

Dizel yanacağının qiyməti isə 2,90 laridən 3,07 lari arasında dəyişir.

İqtisadçı ekspertlərin fikrincə, bu artım ölkə daxilində dolların yenidən bahalaşması və larinin dəyər itirməsi ilə əlaqədardır.

Ekspertlər hesab edirlər ki, benzinin qiyməti inflyasiyanın artmasına və istehlak mallarının da qiymətlərinin bahalaşmasına təsir edəcək.

Leave A Reply

Your email address will not be published.

Tərcümə »