Bakıdan Xankəndinə humanitat yükün yola salınması müsbət haldır. Bəzi Qərb mərkəzləri görməlidir ki, Azərbaycan erməni əsilli vətəndaşlara humanist yanaşır.
Bunu politoloq Məhəmməd Əsədullazadə deyib. Politoloq bildirib ki, onların problemlərin həllinə çalışır: “Amma, heç bir ölkə, həmçinin Ermənistan Azərbaycanın razılığı olmadan dövlət sərhədindən Qarabağa yük gətirə bilməz. Göndərilən yüklərin ermənilər tərəfindən necə qarşılanacağı, Əsgərana gedə biləcəyi bir neçə saat ərzində aydın olacaq. Bu gecə separatçılar müşavirə keçirib, görünür onlar da bu toplantıda yüklərin göndərilməsinə maraqlıdır. Amma, prorseslərin istənilən saat dəyişə bilər”.