Ukraynanın dövlət borcu 133 milyard dollara çatıb

0

Ukraynanın dövlət borcu bir ayda 4 milyard artaraq, demək olar ki, 133 milyard dollara çatıb.

“Report” xəbər verir ki, bu barədə Ukrayna Maliyyə Nazirliyi məlumat yayıb.

Ukraynanın dövlət və dövlət zəmanətli borcunun məbləği iyulda 146,23 milyard qrivna və ya 4 milyard dollar artıb.

Ali Radanın Maliyyə Komitəsinin məlumatına görə, 2023-cü ilin büdcəsində dövlət borcunun maksimum məbləğinin 172,7 milyard dollara qədər artırılması nəzərdə tutulur ki, bu da növbəti il üçün ÜDM-in proqnozlaşdırılan səviyyəsinin 102,3 %-ni təşkil edir. Ukraynanın 2023-cü il dövlət büdcəsində 38 milyard dollar kəsir nəzərdə tutulub.

Bir müddət əvvəl Ukrayna Prezidenti Volodimir Zelenski Qərbi 2023-cü ildə Ukrayna büdcəsinin kəsirini tam şəkildə ödəməyə çağırıb. Ötən həftə Ukrayna televiziyasına müsahibə verən Zelenski Qərb ölkələrinin xarici borcun böyük hissəsini restrukturizasiya edəcəyinə ümidvar olduğunu bildirib.

Leave A Reply

Your email address will not be published.

Tərcümə »