Türkiyə ordusu İraqın şimalında şəhid verib.
“Report” xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, hərbi qulluqçu Bünyamin Barlık “Pənçə-Kilit” əməliyyatı çərçivəsində şəhid olub.
Qeyd edək ki, Türkiyə sözügedən ərazidə “Pençe-Kilit” əməliyyatına 2022-ci ilin aprelində başlayıb. Əməliyyatın məqsədi bölgənin terrorçulardan təmizlənməsidir.