Ərdoğan ABŞ-a səfər edəcək

0

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasının 78-ci sessiyasında iclasında iştirak etmək məqsədilə ABŞ-a səfər edəcək.

Səfərin 17-21 sentyabr tarixlərində həyata keçiriləcəyi nəzərdə tutulub.

Bildirilib ki, Ərdoğan Baş Assambleyada dünya liderləri qarşısında çıxış edəcək. Türkiyə liderinin islamofobiya, qaçqınların vəziyyəti, iqlim dəyişikliyi, Kipr problemi, Rusiya-Ukrayna müharibəsindəki son vəziyyət və taxıl nəqli kimi mövzularda mühüm mesajlar verəcəyi gözlənilir.

Xatırladaq ki, Baş Assambleya 1945-ci ildə yaradılıb və BMT-nin əsas məsləhətçi, siyasət və nümayəndəlik orqanıdır, ona BMT-nin 193 üzvünün hamısı daxildir. Assambleyanın əsas iclası hər ilin sentyabr-dekabr aylarında keçirilir.

Bundan əlavə, Türkiyə prezidenti sentyabr ayında G20 liderlər zirvəsində iştirak edəcək. Sammit çərçivəsində ikitərəfli münasibətlərlə yanaşı, regional və qlobal problemlər də müzakirə olunacaq.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Leave A Reply

Your email address will not be published.

Tərcümə »