Putin Hindistana getməkdən imtina etdi

0

Rusiya Prezidenti Vladimir Putin G20-nin Hindistandakı sammitinə qatılmayacaq.

Axar.az xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov deyib.

“Hazırda prezidentin sıx iş qrafiki, vacib daxili tədbirləri var. Bu gün əsas məsələ xüsusi hərbi əməliyyatdır”, – Peskov bildirib.

Qeyd edək ki, G20 sammiti Yeni Dehlidə 9-10 sentyabrda keçiriləcək.

Leave A Reply

Your email address will not be published.

Tərcümə »