Xəzər dənizində platformada beton bloklar quraşdıran zaman döşəmənin dağılması və iki nəfərin suya düşərək ölməsi faktı prokurorluqda araşdırılır.
Bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib.
Qeyd edilib ki, avqust 24-də Nərimanov adına Neft Qaz Çıxarma İdarəsi Tikinti Trestinin 7 saylı tikinti bölməsinin qaynaqçısı 1984-cü il təvəllüdlü Şamo Nərmanov və həmin bölmənin quraşdırıcısı 1960-cı il təvəllüdlü Şirvan Ağaməmmədovun Xəzər dənizində yerləşən platformada beton bloklar quraşdıran zaman döşəmənin dağılması səbəbindən suya düşmələri və nəticədə boğularaq ölmələri faktı ilə bağlı Qaradağ rayon prokurorluğunda araşdırma aparılır.