Baş Prokurorluq Şəmkirdə konfrans keçirir

0

Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən Şəmkir şəhərində ətraf region prokurorluqları və hüquq-mühafizə orqanlarının məsul əməkdaşları, digər dövlət qurumlarının, habelə təhsil müəssisələrinin nümayəndələrinin iştirakı ilə konfrans keçirilir.

“Report”un Qərb bürosunun məlumatına görə, tədbirdə Baş Prokurorluğun məsul şəxsləri, regional media nümayəndələri ilə yanaşı, qeyri-hökumət təşkilatları və vətəndaş cəmiyyəti institutlarının nümayəndələri də iştirak edir.

Konfrans çərçivəsində Şəmkir Rayon Prokurorluğunun inzibati binasında “Açıq qapı” gününün təşkil olunması da nəzərdə tutulub.

Leave A Reply

Your email address will not be published.

Tərcümə »