Körpü uçdu – 26 nəfər həlak oldu

Hindistanda tikilməkdə olan dəmir yolu körpüsünün uçması nəticəsində azı 26 işçi həlak olub.

Modern.az “Reuters”ə istinadən xəbər verir ki, daha 2 nəfər yaralanıb.

Qəza Mizoram ştatının şimal-şərqindəki Sayranq şəhərində baş verib. Media körpünün çökdüyü zaman ərazidə 40-a qədər işçinin olduğunu bildirsə də, polis orada 28 işçinin olduğunu açıqlayıb.

Məlumata görə, xilasedicilər indiyədək 13 cəsədi çıxara biliblər. Qalan cəsədləri çıxarmaq üçün səylər davam edir.

Comments are closed.

Tərcümə »