Ukrayna Prezidenti Vladimir Zelenski Balkan sammitində iştirak etmək üçün Yunanıstanda səfərdədir.
Axar.az xəbər verir ki, bu barədə Ukrayna lideri özü məlumat yayıb.
Onun sözlərinə görə, Balkan ölkələrinin liderləri ilə ümumi yığıncaq keçiriləcək, onlar Avropa və Avro-Atlantik inteqrasiyanın koordinasiyası, müdafiə sahəsində əməkdaşlıq və təhlükəsizlik məsələlərini müzakirə edəcəklər.
Ukrayna Prezidenti, həmçinin, Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyenlə görüşəcəyini açıqlayıb.