Serbiya Prezidenti Aleksandr Vuçiç ukraynalı həmkarı Vladimir Zelenskinin xahişini qəbul etdiyini və avqustun 22-də onunla təkbətək görüş keçirəcəyini açıqlayıb.
Bu barədə o, Afinaya səfəri zamanı jurnalistlərə bildirib.
“Vətəndaşlara bildirmək istəyirəm ki, sabah səhər Ukrayna prezidentinin xahişi ilə onunla ikitərəfli görüş keçirəcəm. Beləliklə, mən Vladimir Zelenski ilə oturub bu yaxınlarda Kosovada baş verən bütün proseslər, ərazi bütövlüyünün tanınması və tanınmaması, bütün digər məsələlər haqda təkbətək danışacağam”, – Serbiya lideri bildirib.