“Amerika istəyinə çatdı”

0

Amerikanın Ukrayna siyasətini müharibənin əvvəli və sonu olmaqla iki hissəyə bölsək, əvvəl Amerika Rusiyanın tam məğlubiyyətini istəyirdisə, sonunda müharibəni təxminən bu vəziyyətdə dondurulmasına razı olmuş kimi görünür. Bu durumda, Rusiya üzərində tam qələbə çalınmamış müharibənin dayandırılması Amerikanın imicinə zərbə vurmaz ki? Artıq yox.

Bunu politoloq Azər Qasımov deyib.

“Məsələ ondadır ki, müharibənin əvvəlində hamı Rusiyanı güclü və qüdrətli dövlət hesab edirdi, ondan çəkinirdi. Rus silahının, rus ordusunun gücündən dəqiq xəbərləri yox idi. Müharibə davam etdikcə, hər kəs Rusiyanın həqiqi “gücünü” gördü, bununla yanaşı rus ordusunun yarısını məhv edildi. Çevriliş cəhdi isə Rusiyanın imicinə son təpiyi vurdu” – deyib politoloq.

Bundan sonra artıq Rusiya “izqoy” ölkəyə çevrildikdən sonra kimsə üçün qorxulu deyil: “Odur ki, Amerika istəyinə çatdı. Artıq rahatlıqla Ukraynadan Rusiya ilə sülh tələb edə bilər. Ukrayna xalqının buna razı olacağı ayrı məsələdir. Amerika indi sülhdən Rusiyadan daha çox şey ala bilər, nəinki müharibədən. Hələ bura sülh durumunda Ukraynanın NATO-ya qəbul ediləcəyini də əlavə etsək, Amerika bu duruma gəlmək üçün on illərini verməli idi, həm də böyük itkilər hesabına”.

 

Leave A Reply

Your email address will not be published.

Tərcümə »