Modern.az “Sinxua” agentliyi xilasetmə xidmətinə istinadən xəbər verir ki, hadisə səhər saatlarında Faisalabad şəhəri yaxınlığındakı magistral yolda qeydə alınıb.
Kəraçi-İslamabad marşrutu ilə hərəkət edən sərnişin avtobusu dizel yanacağı çənləri daşıyan yük maşınına çırpılıb.
Toqquşma nəticəsində yanacaq çəni partlayıb, yanğın hər iki avtomobili bürüyüb.
Qeyd edək ki, avtobusda azı 40 nəfər olub.