Bunu partiyanın sədri İlqar Məmmədov bildirib.
“Əvvəlki siyahımızda olanların çoxunun məlumatları elə əvvəldən düz idi, digərlərinə isə düzəlişlər etdik. Üstəgəl yeni qeydiyyatdan keçmiş üzvlər də əlavə olundu. 30 gün ərzində müsbət cavab alsaq, ondan sonrakı 90 gün ərzində yeni qanunda nəzərdə tutulduğu üçün qurultay keçirməliyik”, – o qeyd edib.
Xatırladaq ki, Azərbaycanda siyasi partiyaların təkrar qeydiyyata alınması prosesi həyata keçirilir. Rəsmi məlumata görə, 27 siyasi partiya üzvlərinin siyahısını Ədliyyə Nazirliyinə təqdim edib. Bildirilib ki, “Siyasi partiyalar haqqında” Qanuna əsasən partiyaların üzvlərinin reyestrinin qanunvericiliyin tələblərinə uyğunluğunun yoxlanılması zamanı onların bəzilərində qüsurlar, o cümlədən – üzvləri olmayan, vəfat etmiş şəxslərin reyestrə daxil edilməsi, bəzi şəxslərin adlarının təkrarlanması halları aşkarlanıb.