İranın bu şəhərində 7 qadın fəal həbs edildi

0

Rəşt sakini və qadın hüquqları müdafiəçisi olan 7 xanım təhlükəsizlik qüvvələri tərəfindən həbs olunub.

Axar.az xəbər verir ki, bu barədə “Bidarzəni” saytı xəbər verib.

Məlumata görə, repressiv hökumət qüvvələri qadınların evlərinə basqın edərək zorakılıqla onları həbs ediblər.

Qeyd edək ki, hüquq müdafiəçiləri olan bu qadınların həbsinin səbəbi, barələrində irəli sürülən ittihamlar və harada olmaları haqda dəqiq məlumat yoxdur.

Leave A Reply

Your email address will not be published.

Tərcümə »