Çin müdafiə naziri Li Şanfu 14-19 avqust tarixlərində Rusiya və Belarusa səfər edəcək.
“RİA Novosti”nin məlumatına görə, o, beynəlxalq təhlükəsizlik üzrə XI Moskva konfransında iştirak edəcək.
Li Şanfu Belarusa səfəri zamanı bu ölkənin dövlət və hərbi rəhbərləri ilə görüşlər və danışıqlar aparacaq, həmçinin Belarusun hərbi hissələrinə baş çəkəcək.