BMT bu dəfə də səhv addım atarsa…

0

Ermənistanın BMT Təhlükəsizlik Şurasına Azərbaycanla bağlı məsələni qaldırması, həmçinin şərti sərhəddə ordu birliklərini cəmləşdirməsi Brüssel və Vaşinqton formatının üstündən xətt çəkir.

Ermənistan BMT Təhlükəsizlik Şurasına Azərbaycanın Qarabağ iqtisadi rayonunda yaşayan erməniləri ” blokada” saxlaması və Laçın yolunun açılması üçün şikayəti müsbət nəticələnməyəcək. Ermənistanın bu siyasəti Cənubi Qafqazda gərginliyi artırmaqla yanaşı, Yerevanın Azərbaycana beynəlxalq təzyiqin formalaşdirılmasının tərkib hissəsidir. Bununla da Azərbaycana hərbi hücum etməsini legitimləşdirməyi planlaya bilər.

Ermənistan iki istiqamətdə həm diplomatiyada, həm də şərti sərhəddə hücuma keçməyə çalışır. Fransa, İran prorsesdə Ermənistanı dəstəkləyir. Hərbi toqquşma riski var və Ermənistan tərəfi sülh müqaviləsinin bağlanmasından boyun qaçırıb.

Məhəmməd Əsədullazadə 

Politoloq 

Leave A Reply

Your email address will not be published.

Tərcümə »