Mançini İtaliya millisinin baş məşqçisi vəzifəsindən GETDİ

0

Futbol üzrə İtaliya milli komandasının baş məşqçisi Roberto Mançini istefaya göndərilib.

İtaliya Futbol Federasiyasına istinadən xəbər veririk ki, yeni baş məşqçi yaxın bir neçə gün ərzində təqdim olunaq.

Mançini 2018-ci ildən İtaliya millisinə rəhbərlik edir. Onun rəhbərliyi altında komanda 2021-ci ildə Avropa çempionatının qalibi olub. 58 yaşlı mütəxəsis “Fiorentina”, “Latsio”, “İnter”, İngiltərənin “Mançester Siti”, Türkiyənin “Qalatasaray” və Sankt-Peterburqun “Zenit” klublarının baş məşqçisi olub.

Mançini futbolçu kimi İtaliyanın “Bolonya”, “Sampdoriya”, “Latsio” və İngiltərənin “Lester” klublarında çıxış edib. İtaliya millisinin tərkibində 1990-cı il dünya çempionatının və 1988-ci il Avropa çempionatının bürünc mükafatçısı olub.

Leave A Reply

Your email address will not be published.

Tərcümə »