Zelenski bütün hərbi komissarları işdən çıxardı

0

Ukrayna prezidenti Volodimir Zelenski bütün regional hərbi komissarların işdən çıxarılması barədə qərar qəbul edib.

Ukrayna mətbuatı xəbər verir ki, müvafiq qərar Milli Təhlükəsizlik və Müdafiə Şurasının iclasının yekunları üzrə verilib.

Onun sözlərinə görə, işdən çıxarılan əməkdaşları “cəbhədən keçmiş hərbçilər” əvəz edəcək.

“Artıq hərbi komissarlığa qarşı ümumilikdə 112 cinayət işi var. Bu hallar ölkənin müxtəlif regionlarında qeydə alınıb: Donetsk, Poltava, Vinnitsa, Odessa, həmçinin Kiyev və Lvov”, – Zelenski qeyd edib.

Qərarın icrası Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Valeri Zaluznıya həvalə edilib.

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »