Yaponiyadakı siyasi qurumlar arasında ölkənin Tayvan müharibəsinə fəal şəkildə hazırlaşması və Çinə qarşı ABŞ-la birlikdə ada dövlətini müdafiə etməyə hazır olduğunu nümayiş etdirmək istəyi artır.
Axar.az xəbər verir ki, bu barədə Böyük britaniyalı köşə yazarı Conatan Sakstinin məqaləsində bildirilib.
Belə ki, o, hələ də hakim partiyanın nüfuzlu həmsədri olaraq qalan Yaponiyanın keçmiş baş naziri Taro Asonun son bəyanatına diqqət çəkib.
Aso xəbərdarlıq edir ki, Yaponiya ABŞ və digər müttəfiqləri ilə birlikdə Tayvanı müdafiə etmək üçün aydın və birmənalı qətiyyət nümayiş etdirməlidir.
Saksti qeyd edir ki, müasir Yaponiya xüsusilə pasifizmi ilə tanınır, lakin Çindən artan təhlükə hissi Yaponiya siyasətinin dünyagörüşünün köklü şəkildə dəyişməsinə səbəb olub. Dünyanın üçüncü ən böyük iqtisadiyyatı olan Yaponiya müdafiə büdcəsini kəskin şəkildə artırmaq qərarına gəlib və yaxın illərdə bu göstəricidə də dünyada üçüncü yerə yüksələ bilər.
“Çinin hökmranlıq etmək üçün Tayvana nəzarət etməli olduğu kimi, Yaponiya və ABŞ üçün Tayvan məsələsi də son dərəcə vacibdir”, – müəllif bildirib.
O qeyd edir ki, Tayvan “birinci adalar silsiləsi” adlandırılan dövlətin mərkəzidir. ABŞ-a dost ölkələr (o cümlədən Yaponiya və Filippin), şərti olaraq Çinin Sakit okeana ekspansiyasına qarşı ilk müdafiə xəttidir.