Məhkəmə Jirinovskinin oğlunun iddiasını rədd etdi

0

Moskvanın Nikulinski Rayon Məhkəməsi Liberal Demokrat Partiyasının sabiq lideri Vladimir Jirinovskinin qeyri-qanuni oğlu Oleq Eydelşteynin atalığın tanınması faktını müəyyən etmək üçün məhkəməyə müraciətini rədd edib.

Bu barədə Rusiya mətbuatı məlumat yayıb.

“Tərəflər arasında mübahisəyə dair Kabardin-Balkar Respublikası Ali Məhkəməsinin qanuni qüvvəyə minmiş qərarı olduğu üçün məhkəmə iddianı qəbul etməkdən imtina edib”, – məlumatda qeyd olunub.

Qeyd edək ki, Oleq Edelşteyn atalığın tanınması faktı ilə yanaşı Vladimir Jirinovskinin mirasına da iddia edirdi.

Leave A Reply

Your email address will not be published.

Tərcümə »