Polşa Belarusla sərhədə ümumilikdə 10 min hərbçi yerləşdirəcək

0

Polşa Belarusla sərhədə ümumilikdə 10 min hərbçi yerləşdirəcək.

“Report” xarici KİV-ə istinadən xəbər verir ki, bunu Polşanın müdafiə naziri Mariuş Blaşak deyib.

Onun sözlərinə görə, hərbçilər Belarusla sərhədi qoruyacaqlar.

Buna səbəb Belarusdakı “Vaqner” xüsusi hərbi təşkilatının ehtimal edilən təxribatıdır.

Qeyd edək ki, ölkənin daxili işlər nazirinin müavini Maçey Vaşik daha əvvəl sərhədə 2 min hərbçinin göndəriləcəyini demişdi.

Leave A Reply

Your email address will not be published.

Tərcümə »