İran parlament seçkilərində qarışacaq

0

İranda avqustun 7-də parlament seçkilərinə namizədlərin ilkin qeydiyyatı başlayıb. Qonşu ölkədə parlament seçkiləri gələn ilin martin 1-də keçiriləcək. Ötən parlament seçkisi 2020-ci ildə keçirilmişdi. Son seçkidə şərti islahatçılar kimi qəbul edilən namizədlərin böyük əksəriyyətinin qeydə alınmaması ilə yadda qalmışdı, təxminən 7 min namizəd kənarda qaldı, qeydə alınanların mütləq əksəriyyəti isə mühafizəkar idi. İran hakimiyyəti yenə eynisini etsə növbəti dəfə vəziyyətin gərginləşməsinə səbəb olacaq, etirazlar və küçə yürüşləri başlayacaq. Ona görə də namizədliklərin irəli sürülməsi işin yarısı da deyil, 12 nəfərlik Müşahidə Şurası onları bir-bir yoxlayacaq və namizədlərin çox az hissəsini qeydiyyata alacaq.

İranın müfafizəkar dairələri “xarici qüvvələrin” gələn ilin martında ölkədə xaos yarada biləcəklərindən ehtiyatlanırlar. 2020-ci ildə İran əhalisinin cəmi 40 faizi səsvermə hüququndan istifadə etmişdi. Şərti adı islahatçıların namizədlikləri qeydə alınmasa bu dəfə də seçki fəallığı az olacaq. Xaos olmasın deyə namizədliyini irəli sürülənlərin böyük əksəriyyətinin qeydiyyatı məntiqi olardı, ancaq mühafizəkar dairələr parlamenti də nəzarətdə saxlamaq istədiklərindən qarşıdurma variantını seçəcəklər.

Elxan Şahinoğlu 

Politoloq 

Leave A Reply

Your email address will not be published.

Tərcümə »