Adı açıqlanmayan bir ölkə Ukrayna üçün 50 tank aldı

0

Adı açıqlanmayan bir ölkə Ukrayna üçün 50 “Leopard 1” tankı alıb.

Bu barədə “Business AM” məlumat yayıb.

Məlumata görə, sözügedən tanklar Belçika ordusu tərəfindən istismardan çıxarılıb. Belçika tankları “OIP Systems” şirkətinə hər birini 15 min avroya satıb.

Belçika ordusunun istismardan çıxarılan texnikanı yerləşdirmək üçün kifayət qədər anqarları olmadığından tanklar dempinq qiymətlərinə satılıb.

Leave A Reply

Your email address will not be published.

Tərcümə »