22 hərbçi əsirlikdən Ukraynaya qayıdıb.
Bu barədə Ukrayna Prezident Aparatının rəhbəri Andrey Yermak Teleqram kanalında məlumat verib.
Yermakın sözlərinə görə, onların arasında müxtəlif istiqamətlərdə döyüşlərdə iştirak edən iki zabit, sıravi hərbi qulluqçu və çavuş da var. Onlardan ən böyüyünün 54, ən kiçiyinin isə 23 yaşı var.
O əlavə edib ki, döyüşçülər qayıtdıqdan sonra həkimlərin dəstəyi ilə fiziki və psixoloji reabilitasiya kursundan keçəcək və lazımi müalicəni alacaqlar.