Üçüncü dünya müharibəsinin qarşısını yalnız mən ala bilərəm.
Bunu ABŞ-ın keçmiş prezidenti Donald Tramp deyib.
“Hazırda silahlar o qədər güclüdür ki, bütün dünyanı məhv etməyə qadirdir. Mən buna icazə verməyəcəyəm. Və inanıram ki, bunu edə bilən yeganə şəxs mənəm”, – deyə o, ABŞ-ın Cənubi Karolina ştatında çıxışı zamanı bildirib.
Trampın sözlərinə görə, o, 2024-cü ildə ABŞ prezidenti seçkilərində qalib gələ bilsə, dünyada siyasi vəziyyəti sabitləşdirmək niyyətindədir. O vurğulayıb ki, Ağ Evin hazırkı sahibi Co Baydenin administrasiyası üçüncü dünya müharibəsinin qarşısını almaq iqtidarında deyil.