Gürcüstanın Şovi kurortunda baş verən faciə ilə əlaqədar avqustun 7-si matəm günü elan edilib.
Bunu Baş nazir İrakli Qaribaşvili bildirib.
Qeyd edək ki, Şovidəki sürüşmə nəticəsində 7 nəfər ölüb. Torpaq altında qalan 30 nəfərin axtarışları davam edir.
İrakli Qaribaşvili torpaq sürüşməsinin baş verdiyi Şovi kurortuna gedib. Uşaqlar da daxil olmaqla, 140 nəfər təxliyə edilib.