ABŞ bazaları Yunanıstan üçün risklər yaradır

0

ABŞ-ın Yunanıstandakı hərbi mövcudluğunun genişləndirilməsi dövlət üçün risklər yaradır.

Axar.az xəbər verir ki, bu barədə Yunanıstan Kommunist Partiyası bəyanat yayıb.

“Yunan adalarında yeni hərbi bazaların yaradılması və ABŞ-ın ölkədəki hərbi mövcudluğunu genişləndirilməsi təhlükəsizlik məsələsini gündəmə gətirir. Bu, həm yunan xalqına, həm də regionun digər sakinlərinə, eləcə də ölkəmizin suveren hüquqlarına qarşı yönəlmiş, sözlə ifadə olunmayan ölçüdə vəziyyətin təhlükəli inkişafını göstərir”, – bəyanatda qeyd edilib.

Bildirilib ki, hakimiyyət ABŞ-la hərbi bazalarla bağlı gizli dialoq aparır və artıq dövlətin adalarını “NATO ərazisi” olaraq adlandırır:

“Təhlükəli Amerika-Yunanıstan razılaşmalarının ləğvi uğrunda mübarizəni gücləndirmək, ölkədəki xarici hərbi bazaları bağlamaq, Yunanıstanı imperialist ittifaqlardan və onların cinayətkar planlarından çıxarmaq lazımdır”.

Leave A Reply

Your email address will not be published.

Tərcümə »