Ukrayna əks-hücuma hazır deyildi, məcbur oldu

0

Kiyev əks-hücum etmək üçün kifayət qədər sursatının olmadığını başa düşürdü, lakin gecikməyə vaxtı yox idi.

Bu barədə “Quardian” nəşrinin analizində bildirilib.

Müəllifin fikrincə, Kiyev əks-hücumunu təxirə sala bilmədi, çünki Qərbdə narazılıq və yorğunluq artmağa başlamışdı:

“Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Valeri Zalujnı və onun yüksək rütbəli zabitləri bilirdilər ki, əks-hücum əməliyyatına başlamaq üçün həqiqətən lazım olan resursları yoxdur, lakin vaxtları tükənmək üzrədir”.

Qeyd olunur ki, Ukrayna komandanlığı rus qoşunlarının “səngərləri tərk edib qaçacağına” ümid bəsləsə də, ümidləri doğrulmayıb.

Leave A Reply

Your email address will not be published.

Tərcümə »