Evdən 25 min manatlıq oğurluq edən yeniyetmə tutuldu

0

Bakıda evdən 24,5 min manatlıq oğurluq edən yeniyetmə saxlanılıb.

Bu barədə  DİN-in Mətbuat xidmətindən bildirilib. Binəqədi Rayon Polis İdarəsinin 43-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində avqustun 1-nə keçən gecə Binəqədi qəsəbəsindəki evlərin birindən seyfdən 7 500 manat pul və 17 000 manat dəyərində qızıl-zinət əşyalarını oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini olan bir yeniyetmə müəyyən olunaraq saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Leave A Reply

Your email address will not be published.

Tərcümə »