Rusiya və İran milli komandaları arasında Deflimpiya oyunları (eşitmə əngəlli atletlər üçün keçirilən yarış) çərçivəsində keçirilən futbol turnirinin final oyunu kütləvi dava ilə başa çatıb.
Bu barədə “Sport24” məlumat yayıb.
Məlumata görə, oyunun sonuna 5 dəqiqə əlavə edən hakim 2-1 öndə olan İran millisinin qapısına penalti də təyin edib. İranlı futbolçuların narazılığı davaya səbəb olub. Davada bəzi məşqçilər də iştirak edib.
Bildirilib ki, iranlı məşqçilər futbolçularını meydandan çıxarıb və qələbə Rusiyaya verilib.
İranlılar mükafatlandırılma mərasiminə belə qatılmayıblar.