KTMT Ermənistan və Azərbaycan sərhədində müşahidə missiyasının yerləşdirilməsi məsələsinin müzakirəsinə qayıtmağa hazırdır, təşkilat İrəvanın cavabını gözləyir.
“Unikal” xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin MDB ölkələri üzrə birinci departamentinin direktoru Mikael Ağasandyan “RİA Novosti”yə müsahibəsində bildirib.
“KTMT-ni təşkil edən dövlətlər heç vaxt regionda vəziyyətin sabitləşməsinə kömək etmək səylərindən geri çəkilməyib və Ermənistana təşkilatın geniş imkanlarından maksimum fayda ilə istifadə etməyə imkan verəcək konkret həll yolları təklif etməyə hazır olduqlarını dəfələrlə təsdiqləyiblər. Biz hələ də İrəvandan müsbət cavab gözləyirik və Ermənistanın sərhədyanı rayonlarında KTMT monitorinq missiyasının yerləşdirilməsi təklifi, eləcə də müttəfiqimizə kömək üçün digər birgə tədbirlərlə bağlı əsaslı işi bərpa etməyə hazırıq”.
Diplomat vurğulayıb ki, Moskva “müvafiq qərarların qəbulunun ümumi regional vəziyyətə müsbət təsir edəcəyinə” əmindir.