Rusiyanın paytaxtı Moskvanın “Moskva Siti” biznes mərkəzinə dron hücumu olub.
Bu barədə TASS məlumat yayıb.
Moskva meri Sergey Sobyanin bu məlumatı təsdiqləyib:
“Bir neçə dron Moskvaya uçmaq istəyərkən hava hücumundan müdafiə sistemləri tərəfindən vurulub. Biri keçən dəfə olduğu kimi Sitinin eyni qülləsinə çatıb. 17-ci mərtəbədəki fasad zədələnib”.
Hadisə zamanı xəsarət alanların olmadığı bildirilir.
Xatırladaq ki, iyulun 30-da “Moskva Siti”yə dron hücumu olmuşdu. Hadisə nəticəsində 1 nəfər yaralanmışdı.