Yaponiya səfiri Koreya XİN-ə çağırılıb

0

Yaponiyanın Seuldakı səfirliyinin nümayəndəsi Mondo Yamamoto Cənubi Koreya Respublikasının Xarici İşlər Nazirliyinə çağırılıb.

TASS xəbər verir ki, buna səbəb Tokionun mübahisəli Tokto (Takesima) adaları ilə bağlı iddialarıdır.

Yaponiya Müdafiə Nazirliyinin illik hesabatının dərc olunduğu “Ağ kitab”da Tokto adaları ölkə ərazisi kimi göstərilib.

Cənubi Koreya XİN bildirib ki, Yaponiya artıq 19-cu ildir ki, adalara iddialarını bəyan edir.

 

Leave A Reply

Your email address will not be published.

Tərcümə »