Xaçatryan ailəsinə mesaj göndərmək istəmədi

0

Laçın yolunda Azərbaycan sərhədçiləri tərəfindən saxlanılan müharibə cinayətkarı, separatçı–terrorçu Vaqif Xaçatryan ailəsinə mesaj göndərmək istəməyib.

Bu barədə onun qızı Vera Xaçatryan deyib.

“Mənə BQXK-nin İrəvandakı ofisində daha əvvəl baş tutan görüşdə məlumat verilib ki, atam bizə mesaj göndərmək istəməyib”, – o bildirib.

Qeyd edək ki, Xocalının Meşəli kəndində azərbaycanlıları qətlə yetirən Xaçatryana qarşı Azərbaycan hüquq-mühafizə orqanları tərəfindən cinayət açılmış və o, axtarışa verilmişdi. İyulun 29-da isə BQXK-nin vasitəçiliyi ilə xəstə adı altında İrəvana getmək istəyən Xaçatryan yaxalanaraq Bakıya gətirilib.

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »