Böyük Britaniyada 2 mindən çox Ukrayna xüsusi təyinatlısı Krımla bağlı keçiriləcək əməliyyatlar üçün hazırlanır.
“AzPolitika.info” xəbər verir ki, bu barədə “Sunday Express” nəşri məlumat yayıb.
Məlumata görə, Ukrayna hərbçilərinə təlim Kral Dəniz Piyadalarının 3-cü Xüsusi Təyinatlı Briqadasından olan Britaniya hərbçiləri tərəfindən həyata keçirilir.
Həmçinin qeyd olunur ki, Kiyev, Rusiya qoşunlarının təchizatını pozmaq üçün yarımadaya qarşı Böyük Britaniya, Almaniya və ABŞ tərəfindən tədarük ediləcək yeni uzaqmənzilli raketlərdən istifadə etmək niyyətindədir.