İranda təyyarə qəzası: pilotlar öldü

0

İranın təlim təyyarəsinin qəzaya uğraması nəticəsində 2 nəfər ölüb.

Bu barədə məlumatı İRNA yayıb.

Bildirilib ki, hadisə iyulun 31-i səhər saatlarında İranın Alborz əyalətində yerləşən “Peyam” beynəlxalq hava limanında baş verib. İkin məlumata görə, qəzaya səbəb texniki problem göstərilib.

İnformasiyaya əsasən, təyyarə “Bhutia Mahan Air Services” aviaşirkətinə məxsus olub. Qəza nəticəsində pilot-kursant Əmirhüseyn Mahmudi və pilot-təlimatçı Nəvid Ərəbi-Müqəddəm ölüb.

Leave A Reply

Your email address will not be published.

Tərcümə »