Suriyanın paytaxtı Dəməşqin cənubunda bomba yüklü avtomobil partladılıb.
Bu barədə danışan Suriyanın səhiyyə naziri Həsən əl-Qəbbaş terror aktı nəticəsində 5 nəfərin öldüyünü, 46-sının yaralandığını bildirib.
Terror aktı Seyidə Zeynəb məscidi ərazisində törədilib, partlayıcı qurğu taksidə işə düşüb.