Polşada UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk oyununda üz-üzə gələcək “Rakuv” və “Qarabağ”ın start heyəti açıqlanıb.
Komandalar meydana aşağıdakı heyətlə çıxacaqlar:
“Rakuv”: 1 Vladan Kovaçeviç, 4. Stratos Svarnas, 24. Zoran Arseniç, 25. Boqdan Rakovitsan, 7. Fran Tüdor, 8. Ben Lederman, 20. Cin Karlos, 66. Yannis Papanikolau, 30. Vladislav Koçergin, 77. Martsin Tsebulya, 9. Lukaş Zvolinski
“Qarabağ”: 1. Şahruddin Məhəmmədəliyev, 13. Bəhlul Mustafazadə, 81. Kevin Medina, 44. Elvin Cəfərquliyev, 27. Toral Bayramov, 6. Julio Romao, 8. Marko Yankoviç, 7. Yassin Benzia, 15. Leandro Andrade, 10. Abdullah Zubir, 19. Redon Cica
Qeyd edək ki, bu gün “Miejski” stadionunda oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 22:15-də başlayacaq.
***
“Rakuv” – “Qarabağ” qarşılaşması start götürdü.
***
Elvin Cəfərquliyev 55-ci dəqiqədə avtoqola imza atdı: 1-0.
***
Piaseçki görüşün 72-ci dəqiqəsində Şahruddin Məhəmmədəliyevin kobud səhvi nəticəsində 2-ci qolu vurdu: 2-0.
***
Cica 73-cü dəqiqədə hesabdakı fərqi azaltdı: 2-1.
***
Cica 75-ci dəqiqədə hesabı bərabərləşdirdi: 2-2.
***
Kittel 91-ci dəqiqədə “Rakuv”u hesabda yenidən önə keçirdi: 3-2.
***
“Qarabağ” “Rakuv”a 3-2 hesabı ilə məğlub oldu. Cavab qarşılaşması bir həftə sonra Bakıda keçiriləcək.