Nigerdəki hərbi çevrilişi rusiyayönlü hesab etmək olar. Nigerin devrilmiş prezidenti Fransa tərəfdarı idi. Niger Fransa üçün vacibdir. Çünki burada Parisin elektrik enerjisinin yarıdan çoxunu təmin edən Fransanın nüvə enerjisini həqiqətən qidalandıran uran mədənləri var.
Axar.az xəbər verir ki, bunu rusiyalı politoloq Sergey Markov Niger Prezidenti Məhəmməd Bazumun devrilməsini şərh edərkən deyib.
“Yeri gəlmişkən, Niger prezidenti Fransanın tələbi ilə Sankt-Peterburqda keçirilən Rusiya-Afrika forumuna gəlməkdən imtina edib. İndi ABŞ və AB hərbçilərdən prezidenti onlara vermələrini tələb edir. “Vaqner” indi Nigerdə peyda ola bilər, necə ki, onlar artıq qonşu Malidə işləyirlər”, – o bildirib.