Ər-arvad qəzaya düşdü: Qadının boynu sındı

Cəbrayıl rayonunda iki nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

Axar.az xəbər verir ki, iki avtomobilin toqquşması nəticəsinə 1974-cü il təvəllüdlü Vidadi Camal oğlu Xudiyev və onun həyat yoldaşı, 1976-cı il təvəllüdlü Pərvanə Əhməd qızı Xudiyeva xəsarət alıb.

Yaralılar Bakıda yerləşən xəstəxanaların birinə gətirilib.

Müayinə zamanı Pərvanə Xudiyevaya boyun fəqərə sümüyünün sınığı diaqnozu qoyulub.

Comments are closed.

Tərcümə »