İrəvan “Qarabağ xalqı”nın taleyini həll edə bilməz – Nikol

0

Ermənistan “Dağlıq Qarabağ xalqı”nın (fərqləndirmə bizimdir – red.) taleyini həll edə bilməz.

Axar.az xəbər verir ki, bu sözləri Ermənistanın Baş naziri Nikol Paşinyan bu gün keçirdiyi mətbuat konfransında bildirib.

“Bizim fikrimiz belədir: Ermənistan Respublikası “Dağlıq Qarabağ xalqı”nın taleyini həll edə bilməz. “Dağlıq Qarabağın nümayəndələri” özləri danışıqların, dialoqun tərəfi olmalıdırlar. Biz isə bu gündəmi təbliğ edirik”, – Paşinyan bildirib.

Paşinyanın fikrincə, Qarabağdakı erməni icmasının hüquqları və təhlükəsizliyi ilə bağlı məsələlər “beynəlxalq mexanizm çərçivəsində Xankəndi və Bakı arasında dialoq” yolu ilə müzakirə edilməlidir:

“Dağlıq Qarabağın hakimiyyəti” və xalqı bu format çərçivəsində onları maraqlandıran bütün məsələləri qaldırmaq, eləcə də onların məzmununa görə siyasi məsuliyyət daşımaq imkanı əldə edəcək. Bu, düzgün yoldur”.

Leave A Reply

Your email address will not be published.

Tərcümə »