Bu haqda “EastFruit”in məlumat yayıb.
Bildirilib ki, Gürcüstanda bu il qarpız tədarükünün həcmi aşağı olacaq, çünki Kaxetidə bir çox fermer qarpızdan buğdaya keçib.
Belə ki, Gürcüstan bu ilin 5 ayında 849,7 min dollar dəyərində 2 811 ton qarpız idxal edib ki, bu da son 15 ilin ən yüksək göstəricisidir.
Qarpız idxal edilən ölkələr isə aşağıdakılardır:
- İran – 656,2 min dollar dəyərində 2167 ton
- Türkiyə – 186,4 min dollar dəyərində 640 ton
- Hollandiya – 7 min dollar dəyərində 4 ton
Qeyd edək ki, Yaxın vaxtlarda Qərbi Gürcüstandan olan qarpızların bazara çıxacağı gözlənilir ki, bu da çox güman ki, qiymətlərə müsbət təsir göstərəcək