İrəvanda Qarabağa görə aksiya başladı

0

Hazırda İrəvanda bir qrup şəxs etiraz aksiyası keçirir.

Bu barədə Ermənistan mətbuatı məlumat yayıb.

Bildirilir ki, paytaxtda artıq bir sıra küçələr bağlanıb.

Aksiyanı “Biz Artsaxıq” təşəbbüs qrupu təşkil edib. Onlar , Laçın dəhlizinin “bloklanması” nəticəsində guya Xankəndidə humanitar problemlər yarandığına diqqət çəkmək istəyirlər.

Aksiyada kütləviliyin olmadığı, 5-10 nəfərin şəhərin ayrı-ayrı küçələrində yolu bağlamağa cəhd göstərdiyi vurğulanıb.

Bildirilib ki, polis səsgücləndirici vasitəsilə aksiya iştirakçılarına hərəkətlərinin qanunsuz olduğu barədə xəbərdarlıq edib.

Leave A Reply

Your email address will not be published.

Tərcümə »