FSB taxıl daşıyan gəmidə “şübhəli iz” tapdı

0

Terror və təxribat hərəkətlərinin qarşısının alınması, təhlükəsizliyin təmin edilməsi məqsədilə Kerç boğazından keçən gəmilərdə yoxlamalar aparılır.

Axar.az xəbər verir ki, bu barədə Rusiya FTX məlumat yayıb.

Məlumata görə, iyulun 22-də taxıl yükləmək üçün Türkiyədən Rostov Don limanına gedən xarici quru yük gəmisinin ambarında dinitrotoluol və tetril partlayıcı maddələrin izləri, həmçinin quru yük gəmisinin konstruksiya hissələrinə üçüncü tərəfin müdaxiləsi əlamətləri aşkar edilib:

“Müəyyən edilib ki, mayın sonunda gəmi Ukraynanın Kiliya limanında olub. Eyni zamanda, iyul ayında Türkiyənin Tuzla limanında 12 Ukrayna vətəndaşından ibarət gəmi heyəti və quru yük gəmisinin adı tamamilə dəyişdirilib. Bu hallar Ukrayna ərazisinə partlayıcı maddələrin çatdırılması üçün xarici mülki gəmidən istifadənin mümkünlüyünü göstərə bilər”.

Leave A Reply

Your email address will not be published.

Tərcümə »