“Rakuv”-“Qarabağ” oyunu bu hakimlərə tapşırıldı

0

“Rakuv” və “Qarabağ” komandaları arasında Polşada keçiriləcək UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk oyunu üçün təyinatlar bəlli olub.

Axar.az xəbər verir ki, qarşılaşma İsveçrədən olan hakimlər briqadasına tapşırılıb.

FİFA referisi Lukas Fendrixə həmyerliləri Yonas Enri və Giyom Mer laynsman qismində yardımçı olacaqlar. Dördüncü hakim funksiyasını Lionel Çudi yerinə yetirəcək.

Qeyd edək ki, iyulun 26-da oynanılacaq görüş Bakı vaxtı ilə saat 22:15-də başlayacaq. Cavab matçı bir həftə sonra Bakı Olimpiya Stadionunda gerçəkləşəcək.

Leave A Reply

Your email address will not be published.

Tərcümə »