Qarabağ qazisi aztəminatlı ailələrə təmənnasız xidmət edir

0

Qarabağ döyüşlərinin qazisi Akşin Hüseynli Azərbaycanda ilk dəfə olaraq təmənnasız “Uşaqların özünümüdafiə və inkişafı” layihəsinə start verib. Artıq 1 ilə yaxındır ki, həyata keçirilən layihənin əsas məqsədi aztəminatlı və həssas qruplara aid ailələrdən olan uşaqların fiziki hazırlığının inkişafını, uşaqların asudə vaxtlarının səmərəli keçirilməsini, onların bacarıqlarının kəşf edilərək düzgün istiqamətdə yönləndirilməsini təmin etməkdir.

Modern.az-ın məlumatına görə, hazırda Bakı şəhərində layihənin iki filialı tamamilə təmənnasız şəkildə fəaliyyət göstərir. İstənilən aztəminatlı və həssas qruplardan olan ailə öz övladını tamamilə ödənişsiz şəkildə həmin dərslərə yazdıra və bu xidmətdən yararlana bilər.

Akşin Hüseynlinin amalı Azərbaycanın gələcəyi naminə güclü övladlar yetişdirməkdir. O özü də Qarabağ döyüşləri zamanı güclü xarakter nümayiş etdirib, yaralanmağına baxmayaraq savaşdan geri çəkilməyib.

A.Hüseynli Qubadlı və Xankəndi idman klublarının rəhbəri, GVB-nin idman departamentinin direktorudur.

Bu gün – iyulun 20-də Akşin Hüseynlinin 34 yaşı tamam olub.

O, dövlətə və millətə bağlı insan olaraq tanınır. Rəhbərlik elədiyi idman klublarında vətənpərvər idmançılar yetişdirən, “Qarabağ Azərbaycandır!” şüarı ilə beynəlxalq arenalarda bayrağımızı yüksəldən, “Qarabağ” adı altında müxtəlif layihələrin rəhbəri olan, şəhid ailələri və qazilərlə daim maraqlanan Akşin Hüseynli yeni layihələr axtarışındadır…

Leave A Reply

Your email address will not be published.

Tərcümə »